Qapı seçərkən nələrə diqqət yetirmək lazımdır?
1. Hansı matrial qapı seçməliyəm?
Qapılar müxtəlif materiallardan hazırlanır, massiv taxtadan, MDF-dən, alüminium və plastikdən hazırlanan qapılar vardır. Vizual görünüşə önəm verən insanlar daha çox taxta qapılara üstünlük verirlər, Baxmayaraq ki ağac materialı digər materiallara nisbisbətən daha baha başa gəlir.
MDF-dən hazırlanan qapılar digər materiallara nisbətən daha sərfəlidir. Yüksək sıxlığa malik ağac liflərindən hazırlanmış MDF materialı kifayət qədər dözümlü və ekoloji cəhətdən təmiz,sağlamlığa ziyansız hesab olunur.
Alüminium qapılar vizual görüntü və boya tərəfdən çatışmazlıqları vardır. Lakin korroziyaya və nəmə davamlı olduğu üçün rütubətli yerlərdə əlverişli hesab oluna bilər.
Plastik qapılar əlverişli,davamlı və aşağı büdcəli olmasına baxmayaraq ən az istifadə olunan materialdır.
2. Büdcə
Qapı seçərkən əsas amillərdən biri də büdcə amilidir. Aşağı büdcəyə həm gözəl görünüşlü, həm keyfiyyətli və uzun ömürlü qapı necə seçə bilərik? İlk öncə onu qeyd edim ki, birbaşa materialından hazırlanan qapılar həmişə baha başa gəlib. Uyğun qiymət üçün alternativ tapmaq lazımdır. Eyni zamanda tapdığımız "alternativ" keyfiyyətli və ekoloji cəhətdən təmiz olmalıdır. Taxta materialına alternativ olaraq Laminat, DSP,MDF və.s kimi alternativ materiallar vardır. MDF materialı yüksək sıxlığa malikdir bu MDF materialını uzun ömürlü edir. MDF-in sıxlığının yüksək olması materialın üzərindəki boyanın uzun müddət öz parlaq görüntüsünü saxlamağa imkan verir. Bütün bu üstün xüsusiyyətlərə baxmayaraq MDF qapı istehsalında ən sərfəli material hesab olunur.
3. Dizayn
Qapı seçərkən keyfiyyət və büdcə amili ilə yanaşı dizayn estetikasına da önəm vermək lazımdır. Qapıların evinizin dizaynına uyğunlaşmağı ilə bağlı məhdudiyyətlər çox az olmalıdır. Məsələn rəng,ölçü və model baxımından seçim imkanları geniş olmalıdır ki, məcburiyyətdən deyil, sırf dizayna uyğun model seçilsin.
4. Enerji Səmərililiyi
Belə ki, seçdiyiniz qapılar səs və istilik izoliyasiyasına malik olmalıdır.
5. Aksesuarlar
Mən deyərdim ki hətta qapı seçimində ən diqqət edilməli məqamlardan biri aksesuar seçimidir. Çünki ,keyfiyətsiz aksesuarlar qapıların uzunömürlülüyünə birbaşa təsir edən amillərdəndir. Qapı menteşələri qapının hündürlük və çəkisindən asılı olaraq hesablanmış nöqələrdə yerləşdirilməli və qapının çəkisinə uyğun sayı tənzimlənməlidir. Qapı qolu və kilid rahatlığa uyumlu,asan açılıb qapanan,və səssiz olmalıdır.