MDF nədir?
MDF nədir?
Masdoor otaq qapılarında gövdə materialı olaraq MDF-dən istifadə olunur
MDF — İngilis dilindən götürülmüş Medium Density Fiberboard ifadəsinin abreviaturudur. Orta sıxlığa malik taxtalifli lövhə mənasını verir. MDF lövhələr ağac liflərindən hazırlanır. Bu da lövhələri ekoloji baxımdan daha təmiz edir. MDF lövhələri çox möhkəm və sıx olur, rənglənmək və ya laminə edilmək üçün idealdır.Hətta MDF düyünsüz olduğuna, və sonradan əyilmələr olmadığına görə bəzi hallarda taxtadan üstün material sayılır. Laminatla müqayisəyə gəldikdə MDF bir qədər keyfiyyətli və bahalı materialdır. Laminatan hazırlanacaq hər bir şeyi MDF-dən də hazırlamaq mümkündür. MDF lövhələr daha çox boya, parlaq və ya mat melamin, membran, akrilik, təbii taxta(şpon) və s. ilə üzlənir. Bu üzlüklərin bir çoxu DSP-yə üzlənə bilinmir(sıxlıq az, məsamələr nisbətən çox olduğundan). MDF laminata nisbətən daha davamlı material sayılır