Qapıların tarixini araşdırsaq onun təxmini insanlıq tarixinə yaxın bir tarixə aid olduğunu görərik. Qapı evimizin əvəzolunmaz bir hissəsidir. Qapını evin giriş vasitəsi kimi görmək olmaz, o həm də bizi xarici təhlükələrdən qoruyan bir sərhəddir.
Evimiz bizim üçün ən doğma məkandır. Onun dizaynı bizim əhvalımızın dəyişməsinə səbəb olan amildir. Evimiz nə qədər gözəl və zövqlü olarsa bir o qədər bizim üçün doğma olar. Otaq qapıları seçərkən evin dizaynını nəzərə almaq lazımdır. Bizim otaq qapıları o qədər gözəldir ki, evinizi bu otaq qapılarına uyğun dizayn etmək istəyəcəksiniz.