fb
 

Dözümlü və səs keçirməyən yanğın qapıları


Mənzillər üçün ən böyük təhlükələrədən biri yanğındır. Bütün dünyada yaşanan fəlakətlər yanğın mövzusunda yaşadığımız evləri, binaları daha etibarlı vəziyyətə gətirməmiz gərəktiyini göstərir. Qapı isə yanğın anında həm qoruyucu həm də qaçış yolu olması səbəbiylə evimizin ən önəmli parçalarından biridir.

"Doors Gallery" tərəfindən təqdim olunan yanğın qapıları, məkanlarda yanğından qorunmanı nəzərə alaraq, dözümlülük və müasir dizayn işlərinin nəticəsində hazırlanmış yanğın qapılarıdır. Bu qapılar yanğından qoruma xüsusiyyəti ilə yanaşı, eyni zamanda akustik ses keçirməyən xüsusiyyətə də malikdirlər.

"Doors Gallery" yanğın qapıları - yanğına davamlılıq testlərindən müvəffəqiyyətlə keçmiş və müasir standartlara tam uyğundur.

Təklif etdiyimiz yanğın qapılarının bir neçə növü mövcuddur. Test standartlarını nəzərə alaraq istəyə uyğun yanğın qapı modelləri hazırlamaq mümkündür.

Yanğın qapıları - otel, xəstəxana, məktəb, ofis, bina, iş yerləri və s. məkanlarda istifadə oluna bilər.