QAPILARIN AÇILMA YÖNÜ NECƏ OLMALIDIR?

QAPILARIN AÇILMA YÖNÜ NECƏ OLMALIDIR ?

QAPILARIN AÇILMA YÖNÜ NECƏ OLMALIDIR?

Küçədə gedərkən mağazaların qapılarında mağazaya necə daxil olmaq lazım olduğunu göstərən itələmə və ya özünə çəkmə işarələri ilə rastlaşırıq. Bu, bəzən insanlarda çaşqınlıq yarada bilər. Qapılar əslində içərimi açılmalıdır, yoxsa çöləmi? ???? 

Adətən, qapılar içəriyə, yəni otağa doğru açılır. Bunun çox maraqlı səbəbləri var:

 

• Birinci səbəb təhlükəsizlik üçündür. Belə ki, içəridə uşaq və ya kimsə bağlı halda qalarsa qapını içəri doğru itələyərək açmaq(sındırmaq) daha asan olur. 

 

• İkinci səbəb qapınızın kolidordan görünüşüdür. Belə ki, qapılar içəri doğru açıldığı zaman petlələrin görünən hissəsi otağın içərisində qaldığı üçün qapınız kolidordan daha səliqəli görünəcək.

 

•Üçüncü səbəb yerləşdirmə ilə bağlıdır. Belə ki, qapılar içəri doğru açıldıqda koridorda yer tutmur və siz eviniz üçün aldığınız böyük ölçülü mebelləri rahatlıqla otağınızda yerləşdirə bilərsiniz. Tualet və hamam otağında isə otaqların həcmi kiçik olduğu üçün qapıların çölə açılmağı məsləhətlidir. 

 

• Bəs sizin bu haqda fikirləriniz nələrdir?